Nafdan.az Logo
Nafdan Travel
Главная
>
Новости

Naftalan vannaları

05.11.2022 19:30 | 247 Baxış Sayı
Naftalan vannaları

Naftalan vannaları

min bir dərdin müalicəsi üçün

 

Naftalan vannaları

Gəncədən bir saatlıq məsafədə yerləşən Naftalan şəhəri neçə əsrlərdir ki, burada çıxan və hər cür xəstəliklərin müalicəsində istifadə olunan nadir müalicəvi xassəli neft (və ya yağ) ilə məşhurdur. Əfsanəyə görə, həmin yağın müalicəvi xüsusiyyətlərini ilk dəfə İpək yolu ilə səyahət edən bir tacir üzə çıxarıb. Tacir xəstə dəvəsini Naftalan gölməçələrindən birinin yanında ölümcül vəziyyətdə qoyub gedir, geri qayıdanda isə dəvənin tamamilə sağaldığının şahidi olur. Sonralar – Sovetlər dövründə – şəhərin sanatoriya-kurortları dəri xəstəliklərindən, əzələ, oynaq və sümük ağrılarından əziyyət çəkən xəstələr arasında məşhurlaşmağa başlayır. Bu gün də şəhər Azərbaycanın aparıcı sağlamlıq turizmi istiqamətlərindən birinə çevrilib. Bir qayda olaraq, müalicə şəhərin sağlamlıq mərkəzlərində, ən azı bir həftə müddətində gündəlik xam neft vannası qəbul edilməsindən ibarətdir

Paylaşın