Nafdan.az Logo
Nafdan Travel
Главная
>
Новости

Gözəl Naftalan

05.11.2022 21:13 | 619 Baxış Sayı
Gözəl Naftalan

Gözəl Naftalan

“Gözəl Naftalan" haqqında

 

Son illər Naftalan şəhərində tikilib istifadəyə verilən ən gözəl sağlamlıq istirahət mərkəzlərindən biri də “Gözəl Naftalan” Müalicəvi İstirahət Mərkəzidir.

“Gözəl Naftalan” MMC 2011-ci ildə təsis edilmiş, fəaliyyətə isə 2016-cı ilin əvvəlindən başlamışdır.

Sanatoriya Naftalan şəhərinin ən füsinkar ərazisində yerləşməklə 15000 m2 ərazidən, 4 mərtəbəli yataq korpusu, 4mərtəbəli müalicə korpusu və digər yardımçı binalardan ibarətdir. Həmin korpuslar çoxillik həmişəyaşıl şam ağacları və digər dekorativ ağaclarla əhatə edilmişdir.

Müəssisədə mövsümi olaraq 22-45 nəfər tibbi və xidmətedici işçi heyyəti müalicə alan yerli və əcnəbi vətəndaşlara xidmət göstərir ki, onların da tam əksəriyyəti hələ Sovetlər dönəmindən müxtəlif sanatoriyalarda işləmiş peşəkar mütəxəssislərdir.

Sağlamlıq mərkəzində 82-dən çox xəstəlik müalicə olunur.

Sanatoriyaya müalicə üçün yerli əhali ilə yanaşı digər xarici dövlətlərdən, Avropa dövlətlərindən, həmçinin Türkiyədən, İrandan, Rusiyadan və digər ölkələrdən də gələnlər çoxluq təşkil edirlər. Sanatoriyamızda əsəb-sinir, sümük-oynaq-əzələ, qadın xəstəlikləri, prostatit, kişi-qadın sonzuluğu, fizioterapevtik müalicələr aparılır.

Bunlarla yanaşı müəssisədə ozonoterapiya, hidrokoloniya, dartma, linfodrenaj, serogen tipli müasir aparatlar da pasiyentlərin xidmətindədir.

Sanatoriyamızda müalicə paketinə gün ərzində üç dəfə yemək də daxildir ki, həmin yeməklər peşəkar aşpazlar tərəfində keyfiyyətli qida məhsullarından hazırlanır.

Sanatoriyamızın həyətində açıq havada kafe də fəaliyyət göstərir ki, orada çay, kofe, şirniyyat, həmçinin müxtəlif tipli qazan və manqal yeməkləri hazırlanır.

Həftə ərzində üç dəfə vətəndaşlara canlı musiqi xidməti göstərilir. Hər şənbə və bazar günləri respublikamızın görməli yerlərinə turlar təşkil edilir.

Sanatoriyada idman zalı və namaz qılma otaqları fəaliyyət göstərir.

 

Naftalanla müalicə

Dünyanın heç bir yerində analoqu olmayan Naftalan neftinin möcüzəvi təsiri ancaq çıxdığı klimakterik şəraitdə keçərlidir. Naftalan müalicə amili güclü ağrıkəsici, iltihabəleyhi, damargenəldici, allergiyaəleyhi, hormonabənzər təsirlərə malikdir, ovogenez, ovulyasiya prosseslərini və spermatogenezi gücləndirir.

Naftalan vannaları üçün nativ (təbii) naftalandan istifadə olunur. Vannada naftalanın istiliyi 37-38 0C - dir. Vanna qəbulu müddəti - birinci vannada 8 dəqiqə, qalan vannaların qəbulu zamanı 10 dəqiqədir. İlk vannalar günaşırı təyin olunur, qalan vannalar 2-3 gün vanna, bir gün istirahət günü olmaqla qəbul edilir.

Müalicə kursu 10-12 naftalan vannası təşkil edir.

Naftalan vannaları ümumi naftalan vannası , oturaq naftalan vannası və aşağı ətraflar üçün naftalan vannası şəklində təyin olunur .
Ümumi naftalan vannası – xəstə vannada uzanır , ürək nahiyəsi naftalandan xaricdə qalmalıdir .
Oturaq naftalan vannası - xəstə qursağadək naftalan vannasının içərisində oturur, ehtiyac olarsa qollarını da dirsəyədək vannaya salır .
Aşağı ətiraflar üçün naftalan vannası – xəstə xüsusi oturacağın üstündə oturur, ayaqlarını dizdən yuxarıyadək naftalan vannasının icərisində yerləşdirir.

Vanna qəbulundan sonra xəstə naftalanın qalığından təmizlənir , xüsusi kağızla silinir və duş qəbul edir . Duşxanada suyun altına keçməzdən qabaq hamam lifini isladıb sabunlayıb quru bədəni liflə sabunlamaq lazımdır , sonra duşun altına keçib yuyunmaq lazımdır, belə olduqda naftalan bədəndən asan təmizlənir . Duşda suyun istiliyi 38 – 39 oC olmalıdır, duş qəbulu müddəti isə 15 – 20 dəqiqədən artıq olmamalıdır . Vanna qəbulundan sonra duş qəbul edərkən başı yumaq məsləhət deyil . Vanna qəbulundan sonra xəstə 1 saatadək dincəlməlidir .

Naftalan müalicəsi qəbul edərkən, adətən birinci - dördüncü vanna qəbulu zamanı balneoreaksiya baş verir: xəstədə ümumi zəiflik, iştahasızlıq, yüngül baş ağrıları, yuxusuzluq və ya yuxululuq, bağırsaq pozulması kimi ümumi əlamətlər və ağrıların güclənməsi, dəri səpgiləri, ətrafların dərisində hemorragiyalar (göy ləkələr) kimi əlamətlər baş verə bilər. Vanna qəbulu qaydalarına düzgün əməl etdikdə bu əlamətlər müalicə kursunun sonunadək keçir.

Balneoreaksiya baş verdikdə müalicə həkiminə müraciət etmək lazımdır .
Naftalan müalicəsinin təsiri müalicədən sonraki 1,5 – 2 ay ərzində davam edir və bundan sonra stabil effekt alınır .
Həmin dövrdə xəstələr özlərini soyuqdan və fiziki gərginlikdən qorumalıdır.

Paylaşın